Tez-tez paltaryuyan maşının barabanında həddindən artıq köpük yaranır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu ciddi problemdir, çünki aparatın işləməsində nasazlıqlara səbəb ola bilər. Üstəlik, paltarlar da yetərincə yaxalanmır.
Paltaryuyan maşında həddindən artıq köpük yaranıbsa nə etməli?
Yuyulma zamanı çoxlu köpük yaranmasının səbəbləri müxtəlif ola bilər: yuyucu tozun normadan artıq istifadəsi və ya avtomatik paltaryuyan üçün nəzərdə tutulmayan vasitələrin işlədilməsi bu problemləri doğura bilər.
Niyə köpük zərərlidir?
Yuyulma zamanı həddindən artıq köpük yaranması sadə narahatlıq deyil. Bu, paltarların yaxşı yaxalanmamasına, sızma hallarına, sensorların bloklanmasına və hətta texnikanın sıradan çıxmasına gətirib çıxara bilər.
Köpüyün yaranmasına yalnız yuyucu vasitələr deyil, həm də digər faktorlar təsir edə bilər:
Yumşaq su,
Əvvəlki yuyulmadan qalmış toz qalığı,
Maşının uzun müddət təmizlənməməsi,
Barabana düzgün yüklənməmiş paltarlar (çox az və ya çox çox).
Sonuncu hal suyun dövranını pozur, bu da köpüyün yığılmasına səbəb olur.
Yuyulma zamanı artıq köpüyü necə aradan qaldırmaq olar?
Bir TikTok eksperti bu problemin yuyulma zamanı belə necə həll edilə biləcəyini izah edib. Maraqlıdır ki, problemi aradan qaldırmaq üçün sadə bir üsul var.
Tətbiq üsulu
İstənilən paltar yumşaldıcısından (kondisioner) bir qədər götürüb stəkan su ilə birlikdə paltaryuyan maşının barabanına əlavə edin. Maşını yenidən işə salın. Cəmi bir neçə saniyə sonra köpüyün azaldığını görəcəksiniz və yuyulma normal davam edəcək. Bu, maddələr arasındakı kimyəvi reaksiya sayəsində baş verir.
Bu hiylədən tez-tez istifadə etmək olmaz. Çünki yumşaldıcı vasitələr yuyucu tozun və ya gellərin təsirini azalda bilər. Ona görə də köpüyün yaranmasının qarşısını almaq, sonradan onu aradan qaldırmaqdan daha doğrudur.
Qarşısını almaq üçün nə etməli?
Avtomatik maşınlar üçün uyğun yuyucu vasitələrdən istifadə edin. Dozanı normaya uyğun ölçün. Müntəzəm olaraq maşını təmizləyin. Barabana düzgün miqdarda paltar yükləyin.