80 yaşlı qadın 24 yaşlı oğlanla necə sevgili oldu?
15 fevral 2024 17:06 (UTC +04:00)

80 yaşlı qadın 24 yaşlı oğlanla necə sevgili oldu?

Tanzaniyada 80 yaşlı qadın özündən 56 yaş kiçik bir taksi sürücüsü ilə münasibətə başlayıb.

Lent.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb. Dar əs-Salam şəhərində 80 yaşlı Ketrin Tomas 24 yaşlı Corcun taksi kimi işlədiyi motosikletinə sərnişin kimi əyləşib. Təqaüdçü altı milyon Tanzaniya şillinqi olan çantanı taksidə unudub.

Ertəsi gün taksi sürücüsü çantasını geri qaytarıb və bu, yaşlı xanımın ürəyincə olub.

“O, pulumu mənə qaytardı, bu da ürəyimi fəth etdi. Məni sevmək lazım idi”, – Tomas deyib.

# 60864
avatar

Oxşar yazılar