Arvadının başqaları ilə görüşünə icazə verdi, ona sevgililər axtardı
26 yanvar 2024 19:34 (UTC +04:00)

Arvadının başqaları ilə görüşünə icazə verdi, ona sevgililər axtardı

Alexandra adlı britaniyalı qadın bildirib ki, əri Mitç ona başqa kişilərlə görüşməyə icazə verməklə yanaşı, həm də tanışlıq xidmətlərində ona sevgililər axtarmağa başlayıb. Cütlüyün hekayəsi bardə “Mirror” nəşri məlumat yayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, cütlüyün dediyinə görə, on illik monoqam evlilikdən sonra cinsi həyatlarının cansıxıcı olduğunu görüblər və açıq münasibət qurmaq qərarına gəliblər. Nəticədə Alexandra və Mitç razılaşıblar ki, o, başqa kişilərlə görüşəcək. Eyni zamanda, ər özü də tanışlıq proqramlarında arvadı üçün potensial sevgililər axtarmağa başlayıb. Mitç özü həyat yoldaşının tipini bildiyi üçün namizədlər seçir.

“O, məni qətiyyən mühakimə etmir, yaxşı davranır. Yeganə qayda: tanışlıq qeyri-ciddi, sadəcə əylənmək üçün olmalıdır”, - Aleksandra aydınlıq gətirib. O əlavə edib ki, Mitç özü başqa qadınlarla tanış olmaq istəmir.

Alexandra qeyd edib ki, onunla görüş üçün müraciət edənləri ciddi şəkildə seçir. Onların yaşına və saç düzümünə diqqət yetirir. İndiyə qədər qadının aydınlaşdırdığı kimi, o, potensial sevgililərdən heç biri ilə görüşməyib. Yalnız bir neçə həftə əvvəl yazışmağa razı olan biri ilə görüşə razılaşacağını bildirib. Alexandra əlavə edib ki, təcrübə başlayandan sonra əri ilə daha da yaxınlaşdığını görüb.

# 9717
avatar

Oxşar yazılar