Belə kişilər   də var: Vəfasız arvadını  sevgilisi ilə evləndirdi
11 iyul 2023 19:59 (UTC +04:00)

Belə kişilər də var: Vəfasız arvadını sevgilisi ilə evləndirdi

Hindistanda bir kənd sakini arvadının xəyanətini üzə çıxarıb və onu sevgilisi ilə evləndirib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, cütlük üç il evli olub və bu müddət ərzində onların iki övladı dünyaya gəlib.

Ailə həyatının əvvəlindən hindli arvadının ona xəyanət etdiyini hiss edib, lakin onu xəyanətdə ittiham etməyə çalışmayıb. Bir dəfə kişi ezamiyyətə gedəndə arvadı axşam saatlarında sevgilisinin yanına gedib. Ancaq evli qadının gizli sevgilisinin valideynləri bundan xəbər tutublar. Onlar sevgililəri zorla saxlayıb və gecəni birlikdə keçirməyə imkan verməyiblər.

Bu hadisənin xəbəri tez bir zamanda kəndə yayılıb və yerli əhalinin narazılığına səbəb olub. Gözlənilənlərin əksinə olaraq, işgüzar səfərdən qayıtdıqdan sonra ər qalmaqal yaratmayıb. Bunun əvəzinə o, qadın və onun sevgilisi üçün nikah mərasimi təşkil etmək qərarına gəlib.

Sevgilinin əvvəlcə evlənməkdən imtina etdiyi, lakin kəndlilərin “fiziki təzyiqindən” sonra təslim olduğu qeyd edilir. Toy yerli kilsədə baş tutub. Burada yerli sakinlər iştirak ediblər.
 

# 4830
avatar

Oxşar yazılar