Dünya ulduzu Adel nişanlandı:   Yayda toydur
28 fevral 2023 11:47 (UTC +04:00)

Dünya ulduzu Adel nişanlandı: Yayda toydur

Dünya ulduzu Adel və sevgilisi idman agenti Rich Paul evlilik yolunda ilk addımı atıblar. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tanınmış cütlük nişanlanıblar. 

Belə ki, bir neçə gün əvvəl Las-Veqasda verdiyi konsertdə Adel nəhəng brilyant üzük taxarkən görüntülənib.  Onlar nişan xəbərinə hələlik heç bir açıqlama verməyiblər. 

İkilinin bu yay evlənməyi planlaşdırdığı bildirilir. 

Qeyd edək ki, Adel 2017-2019-cu illərdə iş adamı Simon Konecki ilə evli olub. Onların 9 yaşlı bir oğlu var. Müğənni Rich Paul ilə iki il əvvəl görüşməyə başlayıb.


 

# 2019
avatar

Sevinc Fərid

Oxşar yazılar