Şəmkir rayonunda evdən kişi və qadın meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Varlı Həyat kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü R.Mustafayev gün ərzində kənddə görünmədiyindən və telefon zənglərinə cavab vermədiyindən yaxınları onun yaşadığı evə gediblər.
Evin qapısının bağlı olduğunu görən yaxınları hasardan aşaraq həyətə daxil olublar.
Onlar evdə R.Mustafayevin və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən qadının meyitini aşkar ediblər.
Mərhumun yaxınlarının APA-ya bildirdiyinə görə, R.Mustafayev kənddə əkinçiliklə məşğul olurmuş. Meyiti tapılan qadının isə onun yanında işlədiyi bildirilir.
Məlumata görə, R.Mustafayev bir neçə il əvvəl ailəsindən ayrılıb. Onun övladının olduğu bildirilir.
Hər iki şəxsin ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
***
21:23
Şəmkir rayonunda evdən iki nəfərin meyiti aşkarlanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Evlərin birində kişi və qadının meyiti tapılıb.
Meyitləri aşkarlananların kimliyi və ölüm səbəbləri barədə hələlik məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.