Ərinin keçmiş şəklini görən qadın ŞOKA DÜŞDÜ
07 fevral 2024 08:26 (UTC +04:00)

Ərinin keçmiş şəklini görən qadın ŞOKA DÜŞDÜ

Malayziyalı bloqer ərini tanış olmamışdan çox əvvəl çəkilmiş köhnə selfidə necə kəşf etdiyi haqqında hekayəni paylaşıb.

Lent.az xəbər verir ki, Cenn Çia gələcək ərini 2012-ci ilin oktyabrında çəkilmiş bir fotoşəkildə görəndə şoka düşüb. Belə ki, onlar həmin andan 11 il sonra evləniblər və çəkilən şəkildən iki il sonra tanış olublar.

32 yaşlı bloqqer Çia İnstaqramda 2012-ci ildə kafedə içki içərkən çəkdirdiyi şəklə baxarkən gözlərinə inana bilməyib.

Belə ki, fotoda onun arxasında əri, 33 yaşlı Malayziyadan olan musiqiçi və bəstəkar Con Liddellin olduğunu görüb. Şəkildə Liddelin kassada növbəyə dayandığı görülür.

"Biz eyni yerdə olmuşuq, amma bir-birimizin varlığından belə xəbərimiz yox idi", - deyə Chia bildirib.

O, həmçinin 2014-cü ilin dekabrında əri ilə yollarının kəsişdiyini və 2023-cü ilin avqustunda evləndiyini qeyd edib.

"Görüşümüz lazımi anda baş verib. Əgər başqa vaxt tanış olsaydıq, bəlkə də bizim üçün heç nə alınmayacaqdı. Mən özümü çox cəmləmişdim, şüursuz və sadəlövh idim. Bir ili özümlə tək keçirməli, fikirlərimi və səhvlərimi yenidən düşünmək üçün səyahət etməli idim. Və yalnız bundan sonra onunla tanış olduq”, deyə qadın söhbəti yekunlaşdırıb. 

# 4527
avatar

Sevinc Fərid

Oxşar yazılar