Futbolçunun arvadı onu  şantajda   ittiham etdi: Nələr demədi 
23 iyun 2023 19:11 (UTC +04:00)

Futbolçunun arvadı onu şantajda ittiham etdi: Nələr demədi 

Erik Abidalın həyat yoldaşı futbolçunu şantaj və təhdiddə ittiham edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçunun PSJ-nin qadın komandasının oyunçusu Keyra Amrauini ilə aldatmasından sonra Abidal və həyat yoldaşı Hayet boşanma prosesindədir.

Hayet “Instagram”da Abidalı psixoloji zorakılıqda ittiham etdiyi bir neçə hekayə dərc edib, qadının dediyinə görə, ailəni 10 il ərzində məruz təzyiqə qoyub.

“Gəlin emosional şantajdan və bunun üçün xəstəliyinizdən necə istifadə etməyin düzgün olmasından danışaq (Abidal 2012-ci ildə xərçəng xəstəliyinə görə qaraciyər transplantasiyası keçirib-red.) Daim intiharla hədələyir, uşaqların gözü önündə transplantasiyadan imtina üçün dərman qəbul etməyi dayandırır. Uşaqlara ölüm qorxusu aşılamaq - bu caizdirmi? –  “Barselona”nın və Fransa millisinin keçmiş müdafiəçisinin həyat yoldaşı yazıb.
 

# 2700
avatar

Oxşar yazılar