İki deputat   evləndi
02 mart 2023 09:23 (UTC +04:00)

İki deputat evləndi

“Qolos” partiyasından olan xalq deputatı Yaroslav Jeleznyak və “Xalqın xidmətçisi” partiyasının nümayəndəsi Olqa Koval evləniblər. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə yeni evlənən ər “Facebook” səhifəsində məlumat verib.

Xalq deputatı qeyd edib ki, Radada təkcə dostlara və rəqiblərə deyil, həm də əsl sevgiyə rast gəlmək olar.

"Baharın ilk günündə bu bığlı dayı dedi ki, indi Ukraynada bir ailə artıb. Azad və sarsılmaz ölkədə müdafiəçilərimizə təşəkkürlər", - deputat fotoya belə şərh yazıb.

İki xalq deputatının nikah mərasiminə ədliyyə naziri Denis Malyuska şahidlik edib.
 

# 3693
avatar

Oxşar yazılar