İlk sevgilisini   36 il sonra tapdı: Bir il sonra...
27 avqust 2021 02:16 (UTC +04:00)

İlk sevgilisini 36 il sonra tapdı: Bir il sonra...

Gəncliyindən bəri bir-birini görməyən sevgililər, 36 illik ayrılıqdan sonra sosial şəbəkədən istifadə edərək bir-birlərini tapıb evləniblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Roland və Liza Loller Cənubi Uelsdəki Barri adasında bir yaz işi zamanı tanış olublar.

Həmin vaxt qızın 18 yaşı olub, ofisiant, 20 yaşlı gənc oğlan isə aşbaz işləyirdi.

Onlar ilk baxışdan bir-birinə aşiq olublar, dörd ay birlikdə yaşayıblar və sonra evlərinə gediblər. Kiza İngiltərnin Çeşir qraflığındakı doğma kəndinə, Roland isə Lankaşir qraflığının Bernli şəhərinə qayıdıb. 

Ayrılığa baxmayaraq, sevgililər birgə gələcək xəyallarını qurmağa davam ediblər və daim bir-birlərinə sevdikləri “The Smiths” qrupunun mahnılarından sətirlərlə sevgi məktubları yazıblar.

Yazışmalar yalnız bir il sonra, Roland orduya gedəndə sona çatıb. Eyni zamanda gənc ilk sevgisini heç vaxt unutmayıb. Ordudan sonra 13 il ərzində dünyanı gəzib və bütün bu müddət ərzində Lizanın fotosu həmişə üstündə olub. Liza da itirilmiş sevgilisini daim xatırlayıb və onu “tək və yeganə” hesab edib.

Daha sonra Roland başqa biri ilə evlənib, bir oğulları olub, amma 14 ildən sonra evlilik qalmaqalla dağılıb.

Liza da evli olub, iki uşaq dünyaya gətirib və bir neçə il əvvəl öz təşəbbüsü ilə boşanıb.

2020-ci ilin avqustunda Roland “Facebook”da ilk sevgisini tapıb. Cəmi beş gün sonra görüşüblər və hələ də bir -birlərini sevdiklərini anladıblar.

Yeni il ərəfəsində Roland sevgilisinə evlilik təklifi edib və yazın sonunda cütlük ilk görüş yerindən cəmi 25 kilometr aralıda evləniblər.

# 9333
avatar

Oxşar yazılar