Beyləqan və Kürdəmirdə  2 nəfər kanalda boğuldu - YENİLƏNİB
12 iyun 2026 17:47 (UTC +04:00)

Beyləqan və Kürdəmirdə 2 nəfər kanalda boğuldu - YENİLƏNİB

0

Kürdəmir rayonunda da kanalda 1 nəfər batıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının Kürdəmir rayonu, Ərəb Qubalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 1998-ci il təvəllüdlü Emil Həsənovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

saat 17:40

Beyləqan sakini su kanalında batıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının Beyləqan rayonu Eyvazalılar kəndi ərazisində keçən hissəsində qeydə alınıb.

Kanalda batan şəxsin rayonun Mılabad kənd sakini, 1961-ci il təvəllüdlü Əhliman Sarıyev olduğu bildirilir.

Hadisə yerinə FHN-in dalğıc xilasetmə qrupu cəlb edilib. Axtarış əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar