Əyləncə üçün DNT testi verən qadının həyatı məhv   oldu - 50 illik sirr
12 iyun 2026 20:15 (UTC +04:00)

Əyləncə üçün DNT testi verən qadının həyatı məhv oldu - 50 illik sirr

0

Avropalı ailədə illərlə gizli saxlanılan bir sirr təsadüf nəticəsində üzə çıxıb və ana ilə qız arasındakı münasibətləri tamamilə dağıdıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-də yaşayan bir qadın əyləncə məqsədilə ailə mənşəyini öyrənmək üçün DNT testindən istifadə edib. Lakin əldə olunan nəticələr ailədə 45 il gizli qalan bir həqiqəti ortaya çıxarıb.

Hadisənin təfərrüatlarını qalmaqala səbəb olan qadının qardaşı bölüşüb. Onun sözlərinə görə, bacısı təxminən 50 il əvvəl gizli sevgi münasibəti yaşayıb. Güclü hisslərə baxmayaraq, o, ailəsini qorumaq üçün nikahdankənar əlaqəni sonlandırmaq qərarı verib. Qadın həyat yoldaşının yanına qayıdarkən başqa kişidən hamilə olduğunu isə bilməyib. Həqiqət yalnız qızının DNT analizindən sonra məlum olub.

Testin nəticələri ailə üzvləri üçün böyük şok yaradıb. Belə ki, qızı böyüdən, ona qayğı göstərən və xoşbəxt uşaqlıq bəxş edən kişinin onun bioloji atası olmadığı müəyyənləşib.

73 yaşlı ana həqiqətlə üzləşdikdən sonra hadisəni inkar etməyib. O, qızına gənclik illərində baş verənləri ətraflı danışıb və hətta onun əsl atasını tapmasına kömək edib. Lakin bundan sonrakı hadisələr faciəvi məcrada inkişaf edib.

Qadının rəsmi atası hesab etdiyi şəxs DNT testi aparılmazdan 20 il əvvəl vəfat edib. Bioloji atası isə tapıldığı vaxt artıq alkoqol asılılığından əziyyət çəkirmiş. O, qızı ilə ilk görüşdən qısa müddət sonra dünyasını dəyişib.

İllərlə gizlədilən həqiqəti öyrənən qız ciddi psixoloji sarsıntı keçirib və anası ilə bütün əlaqələri kəsib. O, beş il ərzində anası ilə danışmayıb. Yaşlı qadın isə övladının qəzəbini haqlı hesab etdiyini bildirib. O, qocalıqda yaşadığı tənhalığı gənclikdə etdiyi səhvlərin ömürlük cəzası kimi qiymətləndirib.

Hadisəni ictimailəşdirən qadının dayısı insanları bu cür genetik testlər etdirməzdən əvvəl diqqətli olmağa çağırıb. Onun fikrincə, insanlar ailələrinin keçmişini araşdırarkən qarşılaşa biləcəkləri nəticələri də nəzərə almalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar