ABŞ dünya çempionatındakı 96 illik rekordunu  YENİLƏDİ
13 iyun 2026 14:40 (UTC +04:00)

ABŞ dünya çempionatındakı 96 illik rekordunu YENİLƏDİ

0

ABŞ millisi futbol üzrə dünya çempionatının qrup mərhələsində Paraqvayı 4:1 hesabı ilə məğlub edərək 96 illik rekordu yeniləyib.

Lent.az xəbər verir ki, Los-Ancelesdəki "SoFi Stadium"da keçirilən qarşılaşmada amerikalılar dünya çempionatları tarixində ilk dəfə 96 ildən sonra rəqibini üç top fərqi ilə məğlub etməyə nail olublar.

ABŞ millisi sonuncu dəfə 1930-cu il dünya çempionatında belə nəticə əldə edib. Həmin turnirdə komanda Belçikanı 3:0, Paraqvayı isə yenə 3:0 hesabı ilə məğlub edib. Bundan sonra ABŞ yığması mundiallarda heç vaxt üç top fərqi ilə qalib gələ bilməyib.

Bununla yanaşı, Paraqvayın qapısından keçirilən dörd top ABŞ millisinin dünya çempionatlarında bir oyunda vurduğu ən yüksək qol sayı kimi tarixə düşüb.

Görüşdə ev sahiblərinin heyətində Folarin Baloqun dubl edib. Digər qolu Covanni Reyna vurub. Paraqvaylı müdafiəçi Damyan Bobadiyanın avtoqolu da ABŞ-ın hesabına yazılıb. Paraqvayın yeganə qoluna isə Maurisio imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar