Əfqanıstan etiraz aksiyalarının keçirildiyi hakimiyyəti Herat şəhərinə əlavə təhlükəsizlik qüvvələri və hərbi texnika cəlb edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, qadınların hüquqlarını məhdudlaşdıran yeni qərarlara qarşı bir neçə gündür davam edən etirazlardan sonra şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Yerli sakinlərin sözlərinə görə, cümə axşamından etibarən Heratda hüquq-mühafizə orqanlarının genişmiqyaslı yerləşdirilməsinə başlanılıb. Bildirilir ki, təhlükəsizlik qüvvələri vətəndaşların mobil telefonlarını da yoxlayır.
Yerli media nümayəndələri iyunun 12-də Heratın müxtəlif ərazilərində patrul xidməti aparan hərbi texnikaları, silahlı polis əməkdaşlarını və əlavə nəzarət-buraxılış məntəqələrini müşahidə edib. Həmin məntəqələrdə kəşfiyyat xidmətinin əməkdaşlarının da növbə çəkdiyi qeyd olunub.
Qeyd olunur ki, son günlər yerli hüquq-mühafizə orqanları bir neçə qadını sərt qaydalarla bağlı həbs edib.