Kişilərdə keçəlləşməyə səbəb ola biləcək gözlənilməz amil
12 iyun 2026 18:12 (UTC +04:00)

Kişilərdə keçəlləşməyə səbəb ola biləcək gözlənilməz amil

0

Dünyada milyonlarla kişi saç tökülməsindən əziyyət çəkir. Onların bir çoxu isə bu problemin yaranmasını uzun illər gecikdirməyin mümkün ola biləcəyindən xəbərsizdir. Çinin nüfuzlu universitetlərindən birinin alimləri tərəfindən aparılan yeni araşdırma kişilərdə saç tökülməsi ilə onların içki seçimləri arasında maraqlı əlaqə aşkar edib.

Lent.az xəbər verir ki, yaşı 18-45 arasında olan minə yaxın kişinin həyat tərzi təhlil edilib. Nəticələr göstərib ki, alopesiya yəni saç tökülməsi problemi şəkərli qazlı içkilərin müntəzəm istehlakı ilə əlaqəli ola bilər. Alimlər müəyyən ediblər ki, bu cür içkiləri tez-tez qəbul edən kişilər, onlardan uzaq duranlarla müqayisədə saçlarını daha sürətlə itirmə riski ilə qarşılaşırlar. Lakin əldə olunan nəticələr mütəxəssislər arasında birmənalı qarşılanmayıb. ABŞ-dən olan dermatologiya professoru Syuzan Massik bildirib ki, bu nəticələri qəti həqiqət kimi qəbul etmək düzgün olmazdı. Onun sözlərinə görə, kişilərdə keçəlləşmənin yaranmasına təsir edən çoxsaylı amillər mövcuddur. Əslində, saç tökülməsinin səbəbləri daha mürəkkəb ola bilər. Buraya qidalanma ilə yanaşı, ümumi sağlamlıq vəziyyəti və genetik meyillilik də daxildir. Professor Massik qeyd edib ki, saç tökülməsi riski müxtəlif amillərin qarşılıqlı təsiri nəticəsində formalaşır və bu amillər hər bir insanda fərqli ola bilər. Beləliklə, çinli alimlərin əldə etdiyi nəticələr maraqlı olsa da, keçəlləşmənin yaranma mexanizmlərini tam anlamaq üçün daha geniş və dərin araşdırmalara ehtiyac var. Həyat tərzi, sağlamlıq vəziyyəti və irsi faktorlar bu prosesdə mühüm rol oynayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar