Keçmiş ərini 25 illik ev işinə görə MƏHKƏMƏYƏ VERDİ:  204 min...
10 mart 2023 18:46 (UTC +04:00)

Keçmiş ərini 25 illik ev işinə görə MƏHKƏMƏYƏ VERDİ: 204 min...

İspaniya məhkəməsi yerli iş adamını keçmiş həyat yoldaşına 204 min avro ödəməyə məhkum edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, səbəb qadının 25 il ödənişsiz ev işləri görməsi olub. 

İşə İspaniyanın cənubundakı Velez-Malaqadakı hakimi Laura Ruiz Alaminos baxıb. O, İvana Moralın 1995-ci ilin iyunundan 2020-ci ilin dekabrına qədər ailənin saxlanmasına tam cavabdeh olduğunu müəyyən edib.

Buna əsaslanaraq, hakim ailə həyatının bütün illəri üçün minimum aylıq peşə əmək haqqı əsasında ödənişi hesablayıb. Qeyd olunur ki, cütlüyün nikahı əmlakın ayrılması rejimi ilə tənzimlənib. Bildirilib ki, tərəflərin hər birinin qazancı yalnız onlara məxsus olub. 

İndi kişi keçmiş arvadına ayda 500 avro, 20 və 14 yaşında olan iki qızı üçün isə hər birinə 400 və 600 avro pensiya ödəməlidir.

“Aydındır ki, bu, maddi cəhətdən (keçmiş ərim tərəfindən) tamamilə istisna edilən bir sui-istifadə hadisəsi idi və evliliyimiz bitdikdən sonra heç nə qalmadı. Mən işdə və ailədə ərimə ana və ata kimi dəstək oldum. Mənə heç vaxt onun maliyyə işləri ilə bağlı icazə verilməyib. Hər şey onun adına idi. Mediaya danışmaq qərarına gəlməyimin səbəbinə gəldikdə, qadınlar bilsinlər ki, əmlak bölgüsü ilə bağlı razılaşma olduqda ev işləri də buna daxildir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3255
avatar

Fidan İlqar

Oxşar yazılar