Medianın inkişafında Heydər Əliyevin rolu mövzusunda konfrans keçirilir
08 iyul 2025 12:03 (UTC +04:00)

Medianın inkişafında Heydər Əliyevin rolu mövzusunda konfrans keçirilir

Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfransının açılış mərasimi olub.

Lent.az xəbər verir ki, konfransın açılış mərasimindən öncə iştirakçılar tədbir çərçivəsində təşkil edilmiş “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgi ilə tanış olublar.

Sərgidə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin jurnalistlərlə görüşlərinin, Azərbaycan mətbuatı tarixində müstəsna yeri olan nəşrlərin, eyni zamanda, medianın inkişafında xüsusi önəm daşıyan hadisələrin əks olunduğu fotolar nümayiş etdirilib.

Konfransın açılış mərasimində Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə, həmçinin Heydər Əliyevlə bağlı media nümayəndələrinin xatirələrinin əks olunduğu videoyazı nümayiş etdirilib.

Açılış mərsimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetlərindəndir:

“Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncamında göstərildiyi kimi Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir”.

Konfrans panel sessiyalarla davam edir.

“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən konfransın açılışı olub - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404

Oxşar yazılar