Kriştiano Ronaldo və Corcina Rodriqes yay tətilini portuqaliyalının dəbdəbəli yaxtasında keçirirlər.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, 40 yaşlı Kriştiano 7,4 milyon dolllarlıq dəbdəbəli Azimut Grande yaxtasında Corcina və uşaqları ilə görüntülənib.
İtaliyada inşa edilən yaxtada beş dəbdəbəli kabin və heyrətamiz şəkildə təchiz olunmuş altı vanna otağı var.
Göyərtəsində müasir mətbəx və iki istirahət otağı, böyük salon və dəbdəbəli yeməkxana var.
Texniki xüsusiyyətlərə gəlincə, yaxta 1900 at gücünə malik iki mühərrik sayəsində 28 düyün sürətə çata bilir, karbon lifindən hazırlanıb və 93 ton ağırlığındadır.