Olimpiya çempionu özündən  16 yaş kiçik sevgilisindən   DANIŞDI
28 aprel 2023 17:03 (UTC +04:00)

Olimpiya çempionu özündən 16 yaş kiçik sevgilisindən DANIŞDI

2022-ci il Olimpiya çempionu avstriyalı xizəklə tullananManuel Fettner həmin idman növü üzrə çıxış edən həmyerlisi Liza Ederlə münasibətini açıqlayıb.

Lent.az-ın xarici 37 yaşlı idmançı 21 yaşlı avstriyalı sevgilisi ilə birlikdə Siam körfəzindəki Phanqan adasında istirahətdən fotolarını sosial şəbəkələrdə paylaşıb.

Xatırladaq ki, ötən ilin mayında Fettner sevgilisi Silvananın uşaq gözlədiyini açıqlamışdı. Bir neçə aydan sonra qadın ayrıldıqlarını deyib. Bu, cütlüyün ortaq övladının doğulmasından əvvəl baş vermişdi.

Ötən mövsüm Fettner 755 xal toplayıb və mundialın ümumi təsnifatında onuncu yeri tutub. İdmançının təmsil etdiyi Avstriya Millətlər Kubokunun qalibi olub.


 

# 2412
avatar

Oxşar yazılar