Onun sizi sevmədiyini  göstərən 8 əlamət
15 aprel 2023 20:00 (UTC +04:00)

Onun sizi sevmədiyini göstərən 8 əlamət

Uzun müddət birlikdə olduqdan sonra münasibətlərdə əvvəlki çılğınlıq qalmır. Bəs partnyorunuzun sizi daha sevmədiyini necə anlaya bilərsiniz? 

Lent.az psixoloq Yeqor Latvinova istinadən bu barədə məlumat verir.

1. Hər hərəkətiniz onu qıcıqlandırırsa bu pis əlamətdir. Söhbətiniz, yeməniz, içməniz, geyim tərziniz onda əsəb yaradırsa sevgi ölüb.

2. Nə edirsinizsə edin, onun gözündə dəyəri qalmır, hey tənqid edir. Sizi tənqid etməklə qalmayıb alçaldırsa həyəcan təbili çalınır deməkdir.

3. Dəstək və müdafiə vermir, özünüzü tək və köməksiz hiss edirsiniz? Əgər insan sevirsə onda oksitosin hormonu daha çox ifraz olunur. Bu qarşısındakı insanı qorumağa yönəlmiş hisslər yaradır. Oksitosin yoxdursa, sevgi də yoxdur.

4. Əməyinizə dəyər vermir, sizi problemlərinizlə baş-başa buraxırsa bu münasibətləri uzatmağın anlamı yoxdur. Dəyərsizlik hiss edirsinizsə qaçın.

5. Verilən vədlərin yerinə yetirilməməsi, bəhanələr tapılması vida himninin çoxdan çalındığı anlamına gəlir.

6. Sizi dinləmir? Hətta sevişmələrdən dərhal sonra telefonda qurdalanır, diqqəti fərqli yerlərdədir? O, gedib, sadəcə bunu deyə bilmir.

7. İntim yaxınlığa can atmır, toxunuşlar etməyi sevmirsə sevgi bitib.

8. İntuisiyanız nəyinsə yerində olmadığını hiss edirsə, beyniniz ondan əvvəlki siqnalları almır deməkdir.

# 4458
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar