Tək insanlar 14 fevralı  necə qeyd edə bilər? – Təkliflər
13 fevral 2024 16:38 (UTC +04:00)

Tək insanlar 14 fevralı necə qeyd edə bilər? – Təkliflər

Əgər 14 fevralda təksinizsə, Sevgililər Günündən qaçmaq məcburiyyətində deyilsiniz.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu günü ailə, dostlar və ya tək qeyd etmək olar.

Özünüzü xoş bir alış-verişlə sevindirə bilərsiniz. Məsələn, çoxdan özünüz üçün almaq istədiyinizi bir şeyi hədiyyə edin.  Bu günü özünüzə qayğı göstərməyə həsr edin. Günü sizə sevinc və zövq verən işlərlə keçirməyi planlaşdırın.

Bu, təmiz havada gəzinti, sevimli hobbi ilə məşğul olmaq və ya ailə, dostlarla vaxt keçirmək əla seçim ola bilər. 

Yeni şeylər sınayın, fiziki sağlamlığınıza fikir verin. Daimi məşq, sağlam, balanslı qidalanma və kifayət qədər yuxu almaq özünü sevmək və psixi sağlamlıq problemlərindən qaçmaq üçün əsas yollardır.

# 4581
avatar

Sevinc Fərid

Oxşar yazılar