Xoşbəxt olmaq üçün həftədə  neçə dəfə sevişmək   lazımdır? – CAVAB
16 iyul 2023 19:44 (UTC +04:00)

Xoşbəxt olmaq üçün həftədə neçə dəfə sevişmək lazımdır? – CAVAB

2015-ci ildə 30 mindən çox insanın iştirak etdiyi müvafiq araşdırma aparılıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, sonra elm adamları müəyyən ediblər ki, həftədə ən azı bir dəfə cinsi əlaqədə olan cütlüklər bu hadisəni daha az keçirənlərdən daha xoşbəxtdirlər. Ancaq daha bir təcrübə aparılıb.

Beləliklə, yeni bir araşdırma göstərib ki, həftədə 2-3 dəfə sevişənlər arasında xoşbəxt insanların faizi hələ də həftədə bir dəfə cinsi əlaqədə olanlardan daha yüksəkdir. Ekspertlərin fikrincə, bu cür ziddiyyətli məlumatlar seksdə, ümumiyyətlə, ümumi normanın olmadığını göstərə bilər.

Başqa bir son araşdırma bu hipotezi dəstəkləyir. Onun gedişində, sınaqdan keçən cütlərin yarısından həmişəkindən iki dəfə tez-tez cinsi əlaqədə olmaq istənilib. Ancaq daha xoşbəxt olmayıblar. Əksinə, bu insanların ehtirasları azalıb, yaxınlıqdan daha az həzz almağa başlayıblar.

Yuxarıda göstərilənlərin hamısından belə nəticəyə gəlmək lazımdır ki, yalnız tərəfdaşlar özləri üçün norma müəyyən edə bilərlər. Əsas odur ki, prosesin özü hər ikisinə zövq versin.

# 15120
avatar

Oxşar yazılar