İki "vedrədən" ibarət çanta 10,5 min dollara SATILIR  - FOTO
21 noyabr 2022 17:34 (UTC +04:00)

İki "vedrədən" ibarət çanta 10,5 min dollara SATILIR - FOTO

Boyunduruğu xatırladan çanta 10,5 min dollara satılır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Double Kalimero çanta modeli ilk dəfə 2023 yaz-yay mövsümündə təqdim ediləcək.

Brendin kreativ direktoru Matthieu Blazy körpü ilə iki vedrədən ibarət çanta kimi bir şey yaratmağa qərar verib. Aksessuar orijinal dəridən “Intreccio” moda evinin imza toxunuşunda hazırlanıb. Çantanın şokolad və parlaq sarı rəngləri satışa çıxarılıb.

Məlumata görə, çantanın heyrətamiz qiymətinə baxmayaraq, “Bottega Veneta” saytında çantanın hər rəngindən yalnız bir dənə əldə etmək mümkün olub.

# 2016
avatar

Fidan İlqar

Oxşar yazılar