Qadınların görünüşünü pozan  MODA SƏHVLƏRİ
30 may 2023 17:45 (UTC +04:00)

Qadınların görünüşünü pozan MODA SƏHVLƏRİ

Almaniyadan olan "level_blue" ləqəbli blogger qadınların görünüşünü korlayan dəb səhvlərini açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq açıqlama onun "TikTok"dakı səhifəsində yer alıb.

İlk növbədə, influencer ağır makiyajdan, yəni üzdə tonal kremin bolluğundan və konturdan çəkinməyə çağırıb.

“Gerçək həyatda, gün işığında o, yaxşı və təbii görünmür. Xüsusən də isti yay günündə üzünüzdə çoxlu makiyajın olduğu və eyni zamanda tərlədiyiniz zaman heç də ürəkaçan olmur” deyən qadın çimərliyə, hovuza və idman zalına getməzdən əvvəl makiyaj etməməyi tövsiyə edib.

Bundan əlavə, denim şortları və ucuz zinət əşyalarını qeyd edilib. Birinci halda, bu qarderob elementi yetkin bir qadın deyil, bir yeniyetmə üçün daha uyğundur.

Aksesuarlara gəldikdə, qızıl və ya gümüşdən hazırlanmış əşyalar almaq daha yaxşıdır. "Tonlarla ucuz zinət əşyaları əvəzinə, bir zərif boyunbağıya və ya kiçik sadə sırğalara investisiya edərdim", - blogger izah edib.

# 1779
avatar

Fidan İlqar

Oxşar yazılar