Türkiyə Suriyanı vurdu
Türkiyə Suriyada bir neçə nöqtəyə zərbə endirib.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Nazirlər Kabinetinin yazılı açıqlamasında bildirilib.
Açıqlamaya görə, Suriya hökumətinə aid olan silahlı qüvvələrin oktyabrın 3-də Türkiyənin Şanlıurfa rayonunun Ağçaqala qəsəbəsində 5 Türk vətəndaşının ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən silahlı zərbələrinə cavab verilib.
“Bu mənfur hücuma sərhəddə yerləşən silahlı qüvvələrimiz anında cavab verib. Suriya ərazisində radarla təsbit edilən nöqtələrə dərhal zərbələr endirilib, hədəflər vurulub”.
Açıqlamada daha sonra göstərilib ki, baş nazir Rəcəb Tayyip Ərdoğanın təlimatı ilə dərhal Xarici İşlər Nazirliyi diplomatik məlumatlandırmaya başlayıb. BMT baş katibi Ban Ki Moon və BMT Təhlükəsizlik Şurasının üzvü olan bəzi ölkələrin xarici işlər nazirləri ilə telefon danışıqları aparılıb.
Bu çərçivədə NATO baş katibi Anders Fogh Rasmussenlə də telefonla danışılıb, NATO Baş Məclisinin dərhal toplaşması barədə razılıq əldə edilib.
Türkiyə bu olaya görə sərt təpki verərək, məsələyə beynəlxalq hüquq çərçivəsində yanaşılmasına çağırıb.
Bəyanatda Suriya rejiminin türk xalqının təhlükəsizliyini təhdid edən hərəkətlərinin cavabsız buraxmayacağı bəyan edilib.

Oxşar yazılar

Tanınmış bloger Arsen Markaryan Rusiyada saxlanıldı
23 avqust 2025 , 21:02
Türkiyə Ukraynaya hərbçi göndərə bilər
23 avqust 2025 , 20:11
DTX rəhbəri istefa verdi - Gürcüstanda
23 avqust 2025 , 19:27
Müharibəyə görə Ukraynanın əhalisi nə qədər azalıb?
23 avqust 2025 , 17:18
Nüvə əsas təhlükə DEYİL: bəşəriyyəti nə məhv edəcək?
23 avqust 2025 , 14:51
"Ayının parçaladığı" kişinin qatili oğlu çıxdı
23 avqust 2025 , 13:18
Bu ölkədə 400 dəvəquşu öldürüləcək
23 avqust 2025 , 12:41