İraqın Şimalındakı kürdlər mərkəzi hakimiyyətlə döyüşür
İraqda mərkəzi hakimiyyətlə Şimali İraqdakı regional kürd hökuməti arasında bir müddətdir davam edən gərginlik dünən axşam silahlı münaqişəyə çevrilib.
APA-nın CNNTürk-ə istinadən verdiyi məlumata görə, Tikrit şəhəri yaxınlığında kürd silahlıları ilə İraq əsgərləri arasında döyüş baş verib. Nəticədə 12 İraq əsgəri və 1 nəfər mülki vətəndaş qətlə yetirilib. Qeyd edək ki, Tikrit mərkəzi hökumətin tabeliyində olan şəhərdir.
CNNTürk-ün məlumatına görə, tərəflərin münaqişəsi iki səbəbdən qaynaqlanır. Bunlardan biri Kərkük şəhəri və ətraf bölgələrdir. Mərkəzi hakimiyyət kürd silahlılarının Kərkük üzərində nəzarəti ələ keçirməsinə mane olmaq niyyətindədir. Digər səbəb rəsmi Bağdad kürd silahlılarının müstəqil fəaliyyətdən əl çəkərək, nizami ordunun tərkibinə keçmək barədə tələbidir.
Bu problemləri həll etmək üçün baş nazir Nuri əl-Maliki xüsusi təyinatlı «Dəclə qüvvələri»ni yaradır. Onun bu hərəkətinə etiraz edən İraq prezidenti, milliyyətcə kürd olan Cəlal Tələbani paytaxtı tərk edərək Süleymaniyyə şəhərinə gedib.

Oxşar yazılar

İsrail Suriyada bir neçə yaşayış məntəqəsinə girdi
10 avqust 2025 , 01:47
Qazımız Suriyaya çatdı
9 avqust 2025 , 21:36
ABŞ-ın bu şəhərləri su altında qalacaq
9 avqust 2025 , 17:32
ABŞ-da universitetdə ATIŞMA: ölənlər var
9 avqust 2025 , 06:58
Ermənistanla Azərbaycan arasında sülh yaranır - Paşinyan
9 avqust 2025 , 02:38
Tramp-Putin görüşünün tarixi və məkanı BƏLLİ OLDU
9 avqust 2025 , 02:18
Azərbaycan və Ermənistan Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürür
9 avqust 2025 , 01:06