Naziri ağlatdılar –
Noyabrın 20-də Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Ərəb Liqası ölkələrinin xarici işlər nazirləri ilə birlikdə İsrailin hücumuna məruz qalan Qəzza sektoruna gedib. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Əhməd Davudoğlu Qəzzada hücumlar zamanı həyatını itirən fələstinli ailələrlə də görüşüb.
Həyat yoldaşı Sare Davudoğlu və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan ilə Qəzzadakı Şəfa Xəstəxanasını ziyarət edən Əhməd Davudoğlu yaxınlarını itirən fələstinlilərə başsağlığı verib. O, həyatını itirmiş bir fələstinlinin yaxınları ilə qucaqlaşarkən göz yaşlarını saxlaya bilməyib. Əhməd Davudoğlunun hıçqıraraq, ağlaması ətrafdakı insanları da kövrəldib. Yaxın qohumunu itirmiş fələstinli ilə Əhməd Davudoğlu bir neçə dəqiqə bir-birindən ayrıla bilməyib.
Xarici işlər nazirinin uzun müddət xəstəxanada qarşılaşdığı mənzərə və yaşadıqlarının təsiri altında qaldığı müşayiət olunub. Daha sonra Əhməd Davudoğlu Ərəb Liqası dövlətlərinin xarici işlər nazirləri ilə birlikdə Qəzzadan ayrılıb. Fələstində dəstək məqsədi ilə belə bir ziyarəti gerçəkləşdirən xarici işlər nazirləri Refah sərhəd-keçid məntəqəsindən Misirə keçiblər.

Oxşar yazılar

İsrail-İran müharibəsi - SON DƏQİQƏ
19 iyun 2025 , 12:09
Yer kürəsinin gizli termal "nəfəsi" kəşf edildi
19 iyun 2025 , 07:24
ABŞ-da itən bir yaşlı qız üç il sonra sağ tapıldı
19 iyun 2025 , 06:57
İsrail Tehrana və İranın digər bölgələrinə zərbələr endirir
19 iyun 2025 , 05:50
Yaponiyada güclü zəlzələ baş verdi
19 iyun 2025 , 04:48
Məşhur aktyor Halk Hoqan xəstəxanaya yerləşdirildi
19 iyun 2025 , 02:32
İsrail 60 qırıcı ilə Tehranda 20-dən çox hərbi hədəfi vurdu
19 iyun 2025 , 00:32