Hakimiyyət Kərbəla vaqesinin Azərbaycan türkcəsində təbliğini yasaqlayıb
Şiələr məhərrəm ayında İmam Hüseynə təziyyə saxlayırlar. Güney Azərbaycanın Salmas şəhərinin əzadarları bu mərasimi Azərbaycan türkcəsində təbliğ etmək istəyib.
Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, təbliğat üçün salmaslılar Azərbaycan türkcəsində afişa və posterlər hazırlayıb. Şəhərin çeşidli yerlərinə vurmaq istəyib. Ancaq onların bu xeyirxah niyyətinə Salmas bələdiyyəsi əngəl törədib. Yerli hakimiyyət qurumları türkcə belə təbliğat vasitələrinin yayılmasını yasaqlayıb.
Əhli-beyt məddahlarından biri bildirib ki, bu barədə onlara rəsmi xəbərdarlıq məktubu göndərilib.
Onu da xatırladaq ki, bu mərasimin keçirilməsi ilə bağlı matəm heyətləri fəaliyyət göstərilir. Əvvəllər Azərbaycanın şəhərlərinin çoxunda təbliğat afişaları Azərbaycan türkcəsində yazılıb , yayılıb.
Yeri gəlmişkən bir məsələni də qeyd etmək istərdik. Məşhur Azərbaycan şair Raci Kərbəla vaqesinə həsr etdiyi mərsiyyələrinin çoxunu Azərbaycan türkcəsində yazıb.

Oxşar yazılar

ABŞ-da zəlzələ baş verdi
3 avqust 2025 , 07:50
Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi
3 avqust 2025 , 06:02
Qızıl mədənində UÇQUN: 5 nəfər öldü
3 avqust 2025 , 05:37
Bu ölkələrdə uşaqların çoxu natamam qidalanır
2 avqust 2025 , 22:36
Tehranda su qıtlığına görə daha bir problem: İctimai tualetlər bağlanır
2 avqust 2025 , 15:08
Trampdan FES rəhbərinə: İstefa ver
2 avqust 2025 , 08:19
Məhkəmə sabiq prezidenti 12 il ev dustaqlığına məhkum etdi
2 avqust 2025 , 01:56