Misir prezidenti yoxsa, «yeni firon»
Misir prezidenti Məhəmməd Mursi ölkənin yeni Ana Yasa qətnaməsini təsdiqləyib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu sənəd onun səlahiyyətlərini genişləndirəcək. Həmin sənəddən bəzi hissələr televiziyada canlı yayımda oxunub.
Qətnaməyə əsasən, «əgər millət və ya onun birliyi təhlükə ilə üzləşərsə», onda prezident «bu təhlükəyə qarşı qanuna uyğun olaraq, fəaliyyət göstərib, qərar qəbul etmək haqqına malikdir».
Bundan başqa qətnamə Ana Yasa komissiyasının fəaliyyətini daha iki ay uzadıb.
Müxalifət liderlərindən biri Məhəmməd əl-Baradeyi hesab edir ki, yeni sərəncamla dövlətbaşçısı qanundan üstün olacaq:«Məhəmməd Mursi bütün hakimiyyəti ələ keçirərək, yeni firon olub. Bu,inqilaba zərbədir».
Hüsnü Mübarək rejimi devrilərkən, aksiya iştirakçılarına qarşı fəaliyyət göstərənlər barəsində də cinayət işinin açılması məsələsi də sənəddə öz əksini tapıb.

Oxşar yazılar

Dünyanın ən çox göydələnə sahib şəhərləri AÇIQLANDI
5 avqust 2025 , 10:30
Meksikada DƏHŞƏT: 32 parçalanmış meyit tapıldı
5 avqust 2025 , 05:57
ABŞ-da atışma: ölənlər var
5 avqust 2025 , 04:57
Uşaqlıq mühiti riskli qərarlarda beynin işləmə tərzinə təsir edir
5 avqust 2025 , 03:29
Britaniyada ən böyük siçovul tutuldu
5 avqust 2025 , 02:17
Kamçatkada güclü zəlzələ baş verdi
4 avqust 2025 , 22:51
Nümayəndə heyəti İrana gedir - Danışıqlar başladı
4 avqust 2025 , 06:07