İranda təbii qaz 10 dəfə bahalaşa bilər
0
0
İranın neft naziri Məsud Mirkazımi son açıqlamalarında bildirmişdi ki, sənayenin müasirləşdirilməsi üçün yaxın 5 ildə ölkəsinə 200 milyard dollar həcmində sərmayə lazımdır.
“İran Daily”yə müsahibəsində o, neft, qaz, neftayırma sənayesinin xarici sərmayəyə daha çox ehtiyacı duyulduğunu deyib və əlavə edib ki, yatırımın yoxluğu istehsalın həcminə nəzərəçarpacaq dərəcədə təsir göstərə bilər.
Nazirin sözlərinə görə, neft və qaz hasil olunan yataqların istismarı yaxın bir neçə ilə başa çatacaq, yeni yataqların kəşfi və işlənilməsi üçün maliyyə vəsaiti yetərincə deyil.
Lent.az-ın “mignews”a istinadən məlumatına görə, M.Mirkazımi hökumətdən daxili bazarda təbii qazın qiymətinin azından 10 dəfə artırılmasını istəyib. O, bunun ölkə daxilində “təbii sərvətin israfının qarşısının alınması məqsədi daşıdığını” söyləyib. Hazırda ölkə daxilində qazın bir kub metri 170 rialdır. Nazir isə bunun 1000 rialadək bahalandırılmasını (8 qəpik) istəyib. M.Mirkazıminin qənaətincə, belə qiymət islahatı ölkə xəzinəsinə cari maliyyə ilində 17 milyard dollar gətirəcək.
Sədrəddin Soltan

Oxşar yazılar

Saxta ittihamla 27 il həbs yatan şəxs azadlığa buraxıldı
6 sentyabr 2025 , 08:46
SON DƏQİQƏ: Tramp bu ölkəyə zərbə endirməyə hazırlaşır
6 sentyabr 2025 , 06:53
Bu şəxslərin ABŞ-a girişi qadağan edildi
6 sentyabr 2025 , 04:44
ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?
5 sentyabr 2025 , 07:33
"Lego" tarixinin ən bahalı komplektini satacaq
5 sentyabr 2025 , 06:37
Bayden xərçəngdən əməliyyat olundu
5 sentyabr 2025 , 05:02
Tramp Putinlə danışacaq
5 sentyabr 2025 , 03:55