Qubada kişi evinin həyətində ölü halda tapılıb.
Lent.az xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb.
Ağaquliyev Rövşən Telman oğlunun meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onun hansı səbəbdən öldüyü isə bilinmir.
Araşdırma aparılır.