Ağır vəziyyətdə olan mərcanlar 7 həftəyə  bərpa edildi
22 oktyabr 2026 04:37 (UTC +04:00)

Ağır vəziyyətdə olan mərcanlar 7 həftəyə bərpa edildi

0

 

Alimlər rəngini itirmiş mərcanların sağlam mərcanlarla təmas vasitəsilə bərpa oluna bildiyini müəyyən ediblər.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” məlumat yayıb.

Laboratoriya təcrübələrində ciddi şəkildə ağarmış mərcanlar genetik baxımdan eyni olan sağlam mərcanlarla təmas etdirilib.

Nəticədə zədələnmiş mərcanlar yeddi həftə ərzində rənglərini və normal vəziyyətlərini bərpa ediblər.

Tədqiqatçılar bu üsulun gələcəkdə zədələnmiş mərcan riflərinin qorunması üçün faydalı ola biləcəyini bildirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar