Van sakinlərindən ermənilərə xoş sürpriz
0
0
“Van Times” qəzeti ermənilərin yaxşı qarşılanıb qonaq edilməsi üçün kampaniyaya başlayıb
“Van Times” qəzeti 1891-ci ildə balanmış və ermənilər üçün önəmli məbədgah sayılan “Akdamar” kilsəsinin açılışı ilə bağlı Van əyalətinə (Türkiyə) gələcək ermənilərin vanlılar tərəfindən yaxşı qarşılanıb qonaq edilməsi üçün kampaniyaya başlayıb. Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, üç gün əvvəl başlanmış kampaniyaya təxminən 300 nəfər Türkiyə vətəndaşı qatılıb.
Türkiyənin 4 dildə çap edilən yeganə qəzeti “Van Times” kilsədə ayin oxunacağı 19 sentyabr 2010-cu il tarixində manşetini erməni dilində verəcək. Bunun üçün qəzet rəhbərliyi erməni alimlərlə görüşlər keçirərək, lazımi məsləhətlər almağa başlayıb.
Qəzetin apardığı kampaniyaya sentyabrın 19-da Vana gələcək ermənilərin yerlilər tərəfindən qonaq saxlanılaraq heç bir sıxıntı çəkməyə imkan verməmək istiqamətlənmiş təbliğatı da daxildir.
“Van Times”ın koordinatoru Aziz Aykaç kampaniya ideyasının “Akdamar” kilsəsinin ibadətə açılması qərarından sonra meydana gəldiyini açıqlayıb: “Bu qərardan dərhal sonra Vandakı bütün otellər və qonaq evləri doldu. Hazırda 5 min insanın qala biləcəyi yerlər doludur. Yaşanan bu sıx tələbatla bağlı Vana qonaq gələn ermənilərin pis vəziyyətdə qalmaması üçün vanlı yerlilərimizin evlərinin qapılarını onlara açması və qonaq etməsi üçün kampaniyaya başladıq. Ötən üç gün ərzində kampaniyamızla bağlı yalnız müsbət reaksiyalar görmüşük. Kampaniyamıza artıq 300 nəfər qoşulub”.
Qəzetin digər nümayəndəsi Səlim Kamaloğlu isə “yüz illər boyu qardaş kimi yaşamış olduqları erməni xalqını təkrarən yanlarında görməkdən məmnun olacaqlarını” bildirib: “Əsrlər boyu erməni qardaşlarımızla birlikdə bu ərazilərdə dost və qardaş kimi yaşadıq. Ancaq keçən əsrin əvvəllərində ermənilər bu ərazilərdən getmək məcburiyyətində qaldı. Ermənilər bizə fərqli şəkildə, hətta düşmən kimi təqdim edildi. Mən indi tarix ittihamçısı olmaq istəmirəm. Kim haqlı, kim haqsız? Bunu tarixçilər araşdırsın”.
S.Kamaloğlu sentyabrın 19-da erməni qonaqlara “gözəl bir sürpriz” bəxş edəcəklərini də vurğulayıb.

Oxşar yazılar

Məşhur rusiyalı reper Timatini axtarışa verildi
8 sentyabr 2025 , 02:52
Trampdan yeni müharibənin anonsu - Venesuelaya.......
8 sentyabr 2025 , 01:40
Ukrayna baş naziri dağılmış Nazirlər Kabinetinin binasını göstərdi -FOTOLENT -VİDEO -YENİLƏNİB
7 sentyabr 2025 , 18:09
Zelenskidən Rusiyanın gecə hücumu barədə SƏRT AÇIQLAMA
7 sentyabr 2025 , 12:07
Əfqanıstanda qadınlar dağıntılar altında öldü: Taliban əvvəlcə kişiləri xilas etdi
7 sentyabr 2025 , 10:42
Rusiya Kiyevə hücum etdi, hökumət binasında yanğın baş verdi
7 sentyabr 2025 , 08:23
Rusiyada "WhatsApp"ı təntənəli şəkildə "dəfn etdilər"
7 sentyabr 2025 , 06:45