SSRİ-nin sabiq vitse-prezidenti vəfat etdi
SSRİ-nin sabiq birinci vitse-prezidenti, 1991-ci ilin avqust qiyamının ideoloqlarından olan Gennadi Yanayev Moskva xəstəxanalarının birində vəfat edib. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, tibb dairələri xəbəri təsdiq ediblər.
72 yaşlı Gennadi Yanayev uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. SSRİ-nin sabiq vitse-prezidenti Troekurovsk qəbiristanlığında basdırılacaq.
Qeyd edək ki, 1991-ci ilin avqust qiyamına qədər Gennadi Yanayev Ümumittifaq Mərkəzi Həmkarlar İttifaqının sədri (1986-1990) olub. Avqust qiyamı dövründə birinci vitse-prezident postunu tutub və SSRİ prezidenti səlahiyyətini icra edib. Qiyam uğursuzluqla başa çatandan sonra o, cinayət məsuliyyətinə cəlb olunub. Bir neçə il həbsxana həyatı yaşayıb və 1994-cü ildə Dövlət Dumasının amnistiya təşəbbüsü ilə azadlığa çıxıb. Bundan sonra ictimai təşkilatlarla əməkdaşlıq edib, Rusiya Beynəlxalq Turizm Akademiyasında çalışıb.

Oxşar yazılar

Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27