Fransada qaçqın kimi yaşamaq istəyən qafqazlılar
Fransanın Qaçqın və Vətəndaşlığı Olmayan Şəxslərin Hüquqlarını Müdafiə Bürosu 2009-cu ildə Fransadan qaçqın kimi sığınacaq istəyən qafqazlıların sayını açıqlayıb. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, ötən il Ermənistandan 3 min 603 nəfər qaçqın kimi sığınacaq istəyib.
Bu şəxslərin 815 nəfəri yetkinlik yaşına çatmayanlardır. Azərbaycandan isə Fransada qaçqın statusu almaq istəyənlərin sayı 883 nəfər olub. Bu şəxslərin 225 nəfəri yetkinlik yaşına çatmayıb.
Fransada qaçqın statusu almaq istəyən Gürcüstan vətəndaşlarının sayı 542 nəfərdir. Onların 97 nəfəri yetkinlik yaşına çatmayıb.
Ermənilərin böyük əksəriyyəti siyasi səbəblərlə bağlı Fransada qaçqın statusu ilə yaşamaq istəyirlər. Onların içərisində 2008-ci ilin martında, prezident seçkilərindən sonra keçirilən aksiyalarda təzyiqlərlə üzləşənlər üstünlük təşkil edir. Azərbaycandan Ermənistana gedən ermənilər də öz ölkələrində yox, Fransada yaşamağa cəhd göstərirlər. Ermənilərin bir qismi isə hakimiyyətin dəstəklədiyi varlı, oliqarx ermənilərin təzyiqləri ilə üzləşdikləri üçün əlacı Ermənistandan qaçmaqda görürlər.
Gürcüstandan Fransaya gələrək qaçqın kimi sığınacaq alman istəyənlərin böyük əksəriyyəti isə etnik problemlərə görə ölkələrində yaşamaq istəmirlər. Bunların arasında gürcü, abxaz və osetin millətinin nümayəndələri var. Saakaşvili hakimiyyətinin təzyiqləri ilə üzləşdiklərini əsas gətirən gürcülərin sayı isə çox cüzidir, ötən illərlə müqayisədə kəskin azalıb.
Azərbaycandan isə Fransada qaçqın kimi sığınacaq almaq istəyənlər isə əsasən siyasi motivlərdən yararlanmağa cəhd edirlər.

Oxşar yazılar

İsrail-İran müharibəsi - SON DƏQİQƏ
19 iyun 2025 , 16:51
Yer kürəsinin gizli termal "nəfəsi" kəşf edildi
19 iyun 2025 , 07:24
ABŞ-da itən bir yaşlı qız üç il sonra sağ tapıldı
19 iyun 2025 , 06:57
İsrail Tehrana və İranın digər bölgələrinə zərbələr endirir
19 iyun 2025 , 05:50
Yaponiyada güclü zəlzələ baş verdi
19 iyun 2025 , 04:48
Məşhur aktyor Halk Hoqan xəstəxanaya yerləşdirildi
19 iyun 2025 , 02:32
İsrail 60 qırıcı ilə Tehranda 20-dən çox hərbi hədəfi vurdu
19 iyun 2025 , 00:32