Berlində “Alman birliyinin ataları”nın abidəsinin açılışı olacaq
Bu gün Almaniyanın birləşməsinin 20-ci ildönümü ərəfəsində Berlində “Alman birliyinin ataları” abidəsinin açılışı olacaq. Lent.az-ın “Bild” qəzetinə istinadən verdiyi məlumata görə, fransız heykəltəraşı Serj Manjen tərəfindən hazırlanan abidə Helmut Kol, Mixail Qorbaçov və ata Corc Buşun tuncdan hazırlanmış büstlərindən ibarətdir.
Heykəltəraş 2002-ci ildən bu abidənin üzərində işləyir. Abidə “Axel Springer” nəşriyyat evinin binasının önündə, Rudi Duçke küçəsində, əvvəllər Berlin divarının keçdiyi yerdə ucaldılıb. Təntənəli açılış mərasimində Almaniya Federativ Respublikasının keçmiş kansleri Helmut Şmidt çıxış edəcək.
Qeyd edək ki, Almaniya 3 oktyabr 1990-cı ildə birləşib.

Oxşar yazılar

Paşinyandan geri addım - Üzr istədi
18 avqust 2025 , 01:17
Putinin Ukrayna müharibəsinin bitməsi üçün şərtləri məlum oldu
17 avqust 2025 , 10:42
Voronejdə azərbaycanlı iş adamı yenidən saxlanıldı
17 avqust 2025 , 03:25
Məşhur çimərliyə giriş bağlandı
17 avqust 2025 , 02:41
Suriyanın paytaxtında PARTLAYIŞ
16 avqust 2025 , 23:42
Uels şahzadəsi həyat yoldaşı ilə yeni evə köçür
16 avqust 2025 , 22:12
Zelenski sülh müqabilində Donbası verməkdən imtina etdi
16 avqust 2025 , 21:19