Pakistan Əfqanıstana gedən əsas yolu bağladı
30 sentyabr 2010 16:43 (UTC +04:00)

Pakistan Əfqanıstana gedən əsas yolu bağladı

Pakistanın Əfqanıstan sərhədində NATO vertolyotundan açılan atəş nəticəsində 3 təhlükəsizlik əməkdaşı ölüb.

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Əfqanıstandakı NATO təmsilçiləri hadisənin Orakzayi bölgəsində meydana gəldiyini bildiriblər.

İslamabad NATO vertolyotunun hücumunu qınayıb. Eyni zamanda Pakistan Əfqanıstana dəstək xəttini kəsib. Bu yolla Əfqanıstana gündə 250 avtomobildən ibarət NATO karvanı girir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706

Oxşar yazılar