MHP lideri Anidə namaz qıldı, sərhəddə ermənilərə mesaj verdi
Bu gün MHP lideri Dövlət Baxçalı 2011-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı çalışmalara start vermək üçün Qarsa gəlib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, MHP-li millət vəkillərinin və partiyanın yerli şöbələrinin rəhbərlərinin əhatəsində Qars şəhərinə gələn Dövlət Baxçalı bir müddət “Grand Ani” otelində dincəldikdən sonra şəhərdən 45 kilometr uzaqlıqdakı Ani xarabalıqlarına yollanıb.
MHP lideri avtomobildən enib və 1 kilometr yolu ətrafındakılarla birlikdə piyada gedib. O, Ermənistanla sərhədin yaxınlığında yerləşən, Ani xarabalıqlarında Sultan Alparslan tərəfindən kilsədən məscidə çevrilən və Fethiyə adlandırılan məscidə daxil olub. Dövlət Baxçalı və ətrafındakılar burada cümə namazı qılıblar. Leysan yağış yağsa da, namaz həyata keçirilib.
Dövlət Baxçalı türk millətinin ayaq üzərində durmasının düşmənin canına qorxu salacağını vurğulayıb: “Bu gün möhtəşəm bir zəfərin müjdəsini veririk. Türk-islam aləminin müdafiə xəttinin burada olması Anadolunun önəmini daha da artırıb”.
Qeyd edək ki, ermənilərin guya qədim dövlətlərinin paytaxtı olduğunu iddia etdikləri Anidə Dövlət Baxçalının namaz qılmaq niyyətini təpki ilə qarşılamışdılar.

Oxşar yazılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar
8 iyul 2025 , 17:35
Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24
Polis bu qadının yerini deyənə 1 milyon verir
8 iyul 2025 , 11:28