“Alfa” qrupu üsyana qalxdı
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, müddətsiz aksiyanın iştirakçıları onların komandirlərinə qarşı hüquqi özbaşınalığa son qoyulmasını tələb edirlər.
Döyüşçülər bildiriblər ki, keçmiş komandirləri Almaz Coldoşəliyev və daha 9 həmkarlarının həbsinə etiraz əlaməti olaraq xidməti başa vurmağa hazırdırlar. Qeyd edək ki, tutulanların hamısı aprel ayında Qırğızıstandakı dövlət çevrilişi zamanı nümayişçilərin öldürülməsində ittiham olunurlar. Baş Prokurorluq onları “səlahiyyət hədlərini aşmaqda, prezident Kurmanbəy Bakiyevin ailə hakimiyyətini qoruyaraq ağır və xüsusilə ağır cinayətlər törətməkdə” ittiham edib.
Amma “Alfa” döyüşçüləri bildirirlər ki, ballistik ekspertiza öldürülənlərə onların tabel silahından atəş açılmadığını göstərib.
Hazırda hökumət binası qarşısında “Alfa” tam heyətdə toplaşıb. Onların əynində xüsusi geyim və maskalar var. Mitinqdə həbs olunanların yaxınları, eləcə də Kurbanbəy Bakiyevin mitinqçilərin güllələnməsində ittiham olunan keçmiş mühafizə xidmətinin əməkdaşları da iştirak edir.

Oxşar yazılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar
8 iyul 2025 , 17:35
Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24
Polis bu qadının yerini deyənə 1 milyon verir
8 iyul 2025 , 11:28