“Belə mayalandırma əxlaqsızlıqdır...”
Vatikan Alfred Nobel Fondundan narazı qalıb.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Roma-Katolik Kilsəsinin bioetika sahəsində baxışları ilə bağlı təhqiqat aparan “Pro Vita” (Roma Papasının Akademiyası) britaniyalı alim Robert Edvardsa 2010-cu ildə tibb sahəsində Nobel mükafatına layiq görülməsi barədə yayılmış xəbərə sərt təpki verib.
Britaniyalı alim yumurtanın mayalandırılması sahəsində texnologiya yaratdığına görə bu mükafata layiq görülüb. Roma Papasının Akademiyası hesab edir ki, bu gün dünyada milyonlarla dondurulmuş yumurta hüceyrəsi var və bunların çoxu son nəticədə ölür. Roma Papasının Akademiyası buna görə məhz Robert Edvardsı günahlandırır. Vatikan belə mayalandırmanı əxlaqsızlıq sayır.
Qeyd edək ki, bu üsulla ilk uşaq 1978-ci ildə dünyaya göz açıb. Hazırda dünyada bu metodla dünyaya gəlmiş 4,3 milyon insan yaşayır və onlar Robert Edvardsa minnətdardırlar.
Nobel mükafatlarının təqdimat mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək.

Oxşar yazılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar
8 iyul 2025 , 17:35
Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24
Polis bu qadının yerini deyənə 1 milyon verir
8 iyul 2025 , 11:28