Mister Pitkin öldü
Lent.az-ın “Sky News” telekanalına istinadən verdiyi məlumata görə, Uizdom 95 yaşında Men adasındakı qocalar evində keçinib.
Qocalar evinin əməkdaşları bildiriblər ki, son bir neçə ayda Uizdomun səhhəti durmadan pisləşib. Amma hələlik onun ölümünün dəqiq səbəbləri açıqlanmayıb.
Norman Uizdom 1915-ci ildə Londonda doğulub və karyerasını müzik-hollda çıxışla başlayıb. O, populyar mister Pitkin personajını özü yaradıb və bu rolla bir çox filmlərdə çəkilib. Onların arasında “Mister Pitkin düşmən arxasında”, “Mister Pitkin xəstəxanada” və “Mister Pitkin baş-ayaq” filmləri keçmiş SSRİ telekanalları ilə də nümayiş etdirilib.
Bundan əlavə, Uizdom ssenarist, prodüser və bəstəkar kimi də çalışıb. O, 2000-ci ildə cəngavər titulu alıb. Son vaxtlara qədər Men adasında yaşayıb və vaxtaşırı səhnədə görünüb. Kütləvi informasiya vasitələri 2008-ci ildə onun ölümü barədə məlumat yaysalar da, xəbər az sonra təkzib edilib.

Oxşar yazılar

Tramp 3-cü dəfə prezident olacaq? - Mühüm açıqlama
5 may 2025 , 07:27
Tramp "Ulduz müharibələri"nin döyüşçüsü oldu
5 may 2025 , 06:36
Hökumətdən qərar - Xarici kinematoqrafiyaya rüsum tətbiq olunacaq
5 may 2025 , 05:31
Tramp Qrenlandiyaya qoşun göndərə bilər - AÇIQLAMA
5 may 2025 , 03:53
Moskvada partlayış - 2 ölü, 15 yaralı - VİDEO - YENİLƏNİB
4 may 2025 , 22:55
İranda daha iki bölgədə yanğın oldu - VİDEO
4 may 2025 , 22:29
İranda partlayışa görə iki nəfər saxlanıldı
4 may 2025 , 20:46