Zakayev hökuməti buraxdı
Tanınmamış İçkeriya Çeçen Respublikasının mühacirətdəki hökumətinin rəhbəri Əhməd Zakayev hökuməti buraxdığını elan edib. Lent.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, Əhməd Zakayev bundan sonra hökumətin funksiyasını Məclis Şurasının icra edəcəyini söyləyib.
Şura Məclisinə və respublikaya “müharibə dövrü”ndə səhra komandiri Hüseyn Hakayev rəhbərlik edəcək. Nüfuzlu səhra komandirlərindən olan Hüseyn Hakayev Doku Umarovun özünü əmiri elan etdiyi “Qafqaz Əmirliyi”ndən çıxdığını bəyan edib. Onunla birlikdə səhra komandirləri Aslanbek Vadalov və Tərxan Qazıyev də Doku Umarovla yollarını ayırıb. İndi bu üçlüyün yeni lideri Hüseyn Hakayev olacaq.
Əhməd Zakayev deyib ki, çeçenlər mifik Qafqaz Əmirliyi təsəvvürlərindən uzaqlaşıblar və İçkeriya ilə bağlı öz maraqlarının müdafiə etməyə çalışmağa qərar veriblər. Onun sözlərinə görə, çeçenlər bundan sonra İçkeriyanın müstəqilliyi uğrunda mübarizə aparacaqlar. Əhməd Zakayev vurğulayıb ki, Doku Umarov və onun “əmirliyi” çoxdan əsas məqsəddən uzaqlaşıb və yalnız çeçen dövlətçiliyinə ziyan vurub.
Hazırda Əhməd Zakayevin və onun tərəfdaşları Hüseyn Hakayevlə yeni hakimiyyət strukturlarının formalaşdırılması ilə bağlı məsləhətləşmələr aparır. Bu müddət ərzində Əhməd Zakayev və onun hökuməti öz funksiyasını yerinə yetirəcək.

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36