Divanının altından 300 milyon dollarlıq rəsm əsəri tapdı! - FOTO
Lent.az-ın “The Daily Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, incəsənət tarixi üzrə mütəxəssis, italiyalı Antonio Forçellino bu əsərin orijinal olduğunu üzə çıxararaq sensasion kəşfə imza atıb.
Bu rəsm əsəri 1545-ci ildə Mikelancelonun himayəçisi markiz Vittori Kolonna üçün çəkilib. 1546-cı ildə gələcəkdə Kenterber arixiyepiskopu olacaq kardinal Recinald Poul bu əsəri italiyalı kardinal Erkole Qonzaqa təklif edib. Son nəticədə əsər Martin Koberin uzaq qohumu olan alman baronessasına çatıb. Şəkil ABŞ-a 1883-cü ildə gəlib.
Şəkil Kober ailəsində qonaq otağında asılıb. Ancaq uşaqlar tennis topu ilə şəkli yerə saldıqdan sonra onu divanın altında saxlamağa qərar veriblər. Şəkil uzun müddət divanın altında qalıb və 2003-cü ildə təsadüfən onu ekspertizadan keçirmək üçün Antonio Forçellinoya təqdim olunub.
Mikelancelonun bu əsərinin ilkin qiyməti 300 milyon dollardır. Ekspertlər yekun qiyməti hələ müəyyənləşdirməyiblər.

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36