Aclığın səviyyəsi açıqlandı
Lent.az-ın “UNİAN” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün dünyada 1 milyarddan çox insan aclıqdan əziyyət çəkir.
Aclıqdan əziyyət çəkənlər içərisində uşaqlar üstünlük təşkil edir. Ən yüksək aclıq səviyyəsi Afrika ölkələrində qeydə alınıb. Keçmiş SSRİ ölkələrinin əksəriyyətində aclıq aşağı səviyyədədir. Ancaq Özbəkistan, Türkmənistan, Gürcüstan, Ermənistan və Azərbaycanda orta səviyyədə yarıaclılıq var. Bu ölkələrin içərisində nisbətən yaxşı göstərici Azərbaycana məxsusdur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı hər gün üçün insanın ən azı 1,8 min kilokalori enerjiyə malik yemək qəbul etməsini müəyyənləşdirsə də, bu ölkələrdə 0,9 min kilokalori enerji səviyyəsi mövcuddur.
Aclıq üzrə qlobal indeks 122 inkişaf etməkdə olan ölkədəki vəziyyətin təhlili əsasında hazırlanıb. Afrika və Cənubi Asiyada yerləşən 29 ölkənin vəziyyəti çox təhlükəli və təhlükəlidir. Koreya Xalq Demokratik Respublikası və Afrikada Saxara səhrasının cənubunda yerləşən 9 ölkədə vəziyyət pisləşməkdə davam edir. Müəyyən müsbət dinamika Konqo Demokratik Respublikasında qeydə alınıb. Son 10 ildə 65 faiz irəliləyiş baş verib.
Aclıq səviyyəsinin qiymətləndirilməsi zamanı yemək tapmaqda çətinlik çəkən insanların sayı, normal çəkisi olmayan 5 yaşına qədər olan uşaqlar və uşaq ölümünün səviyyəsi nəzərə alınıb.

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36