Əri tərəfindən burnu kəsilən qız əməliyyat olundu – FOTO
Əfqanıstanda ailəsi tərəfindən qan düşmənçiliyini aradan qaldırmaq üçün uşaqlıqdan “Taliban” komandirlərindən olan birinə verilən, kobud rəftarla üzləşməsi səbəbindən qaçmağa cəhd göstərdiyi üçün əri tərəfindən burnu və qulağı kəsilməklə cəzalandıran Aişənin üzərində plastik cərrahiyə əməliyyatı keçirilib. Lent.az-ın “Time” jurnalına istinadən verdiyi məlumata görə, avqustda bu jurnalın üz qabığında şəkli verilən 18 yaşlı Aişənin üzü rekonstruksiya edilib, süni burun tikilib.
Xeyriyyə fondunun qurucusu olan və qadınlara qarşı zorakılıqla mübarizə aparan kaliforniyalı cərrah Piter Qrossman ərinin zülmündən qurtararaq amerikalıların köməyi ilə ABŞ-a gələn bu xanımı pulsuz əməliyyat edib.
Qeyd edək ki, bu həftənin əvvəlində Aişə xüsusi “Dözümlü” ürək mükafatına layiq görülüb. Bu mükafatı ona məşhur aktyor, Kaliforniya ştatının qubernatoru Arnold Şvartsneqrin həyat yoldaşı Marii Şrayver təqdim edib.

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36