Saakaşvilinin addımı Moskvanı hövsələdən çıxardı
Gürcüstan hökumətinin birtərəfli qaydada Rusiyanın Şimali Qafqaz bölgəsində yaşayan vətəndaşları üçün vizasız rejim tətbiq etməsi və bu gün bunun qüvvəyə minməsi ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb. Lent.az-ın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiya bunu təxribat sayır.
Bəyanatda qeyd olunur ki, Rusiya əhalisini müxtəlif kateqoriyalara bölmək sivil beynəlxalq münasibət normalarına ziddir və Şimali Qafqazda qeyri-stabil vəziyyət yaratmağa yönəlmiş cəhddir. Rusiya iddia edir ki, Qafqazda mehriban qonşuluq münasibətlərinə tərəfdardır, Mixail Saakaşvilinin 2008-ci ilin avqust müharibəsində dağıtmağa çalışdığı normal, sakit həyat tərzini bərpa etməyə çalışır: “Mixail Saakaşvili Gürcüstan və Rusiya arasında diplomatik münasibətləri dağıdıb, bu iki ölkənin vətəndaşları arasında əlaqələrə problem yaradıb, Kazbeq-Yuxarı Lars keçid məntəqəsinin açılmasını yubadıb. İndi bu sərhəd-keçid məntəqəsi işə düşüb və Mixail Saakaşvili hakimiyyəti bu kanaldan xoş olmayan məqsədləri üçün istifadə etməyə çalışır”.
Bəyanatda vurğulanıb ki, Rusiyanın Gürcüstan və gürcü xalqı ilə bağlı problemi yoxdur: “Bizim heç cür sakitləşməyi bacarmayan Mixail Saakaşvili rejimi ilə bağlı problemimiz var. Onun təlaşlı hərəkətləri gürcü xalqının maraqlarına cavab vermir, yalnız Gürcüstan vətəndaşlarına əlavə problemlər yaradır”.

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36