Putinin istefası tələbilə keçiriləcək aksiyaya icazə verilib
Moskva meriyası müxalifətin Puşkin meydanında baş nazir Vladimir Putinin istefası tələbi ilə aksiya keçirməsinə icazə verib. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, aksiya oktyabrın 23-də keçiriləcək.
Baş nazir istefası ilə bərabər, aksiya iştirakçıları hökumətin bütünlüklə istefa verməsini, parlamentin hər iki palatasının buraxılmasını və növbədənkənar seçkilər keçirilməsini tələb edəcəklər.
“putinavotstavku.ru” saytında isə Vladimir Putinin istefası ilə bağlı imza toplanır. Artıq 60 min insan Vladimir Putinin istefaya getməsinə səs verib.
Qeyd edək ki, Rusiya mətbuatı prezident Dmitri Medvedevin Yuri Luşkovun Moskva meri postundan uzaqlaşdırmasından sonra Vladimir Putinin istefası ilə bağlı Moskvada aksiya keçirilməsinə icazə verilməsini təsadüfi saymırlar. Yuri Lujkov da istefasının səbəbinin qarşıdan gələn prezident seçkiləri ilə bağlı olduğunu, Dmitri Medvedevin Vladimir Putini zəiflətməyə çalışdığını söyləmişdi.

Oxşar yazılar

12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35