“Hollivud”un məşhur aktyoru ABŞ-dan qaçdı
“Hollivud”un 60 yaşlı aktyoru Rendi Kueyd və onun həyat yoldaşı Evi Kanadadan sığınacaq istəyiblər. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, cütlük ABŞ-da həyatları üçün təhlükə olduğunu bildirir.
Rendi Kueyd və Evi Kueydin yazdıqları məktubda bildirilir ki, qatil artıq aktyorun bir neçə dostunu öldürüb və növbəti qurban aktyor özü ola bilər.
Qeyd edək ki, Kueyd cütlüyü ötən həftənin dördüncü günü Kanadanın Vankuver şəhərində həbs olunublar. Həbs barədə orderi Kaliforniya ştatının hakimiyyət orqanları verib. Kaliforniyada yaşayan bir ailə şikayət edib ki, aktyor və xanımı onlara məxsus evdə qanunsuz və icazəsiz yaşayıblar. Onlar əvvəllər bu evin Kueyd ailəsinə məxsus olduğunu, sonradan onların mülkiyyətinə keçdiyini iddia edirlər.
Kanadanın İmmiqrasiya və Qaçqınların İşi üzrə Komissiyasının nümayəndələri ilə söhbətdə Evi Kueyd deyib ki, onun əri təqib olunur, son illər aktyorun 8 dostu öldürülüb, Rendi növbəti ola bilər. Qəribə, müəmmalı şəraitdə öldürülənlər arasında məşhur aktyor Hid Ledjer və Devid Karradayn da adı çəkilir.
Həbs olunmuş Kueyd cütlüyü artıq azadlığa buraxılıblar. Onlar növbəti həftə məhkəmə qarşısına çıxacaqlar.
Xatırladaq ki, Rendi Kueyd “Hollivud” aktyoru Dennis Kueydin böyük qardaşıdır. O, “Lindon Beyns Conson: Əvvəlki illər” filmində oynadığı prezident Lindon Conson roluna görə “Qızıl qlobus” mükafatına layiq görülüb.

Oxşar yazılar

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16