Netanyahu: “Tehran rejiminin məqsədi nüvə silahı əldə etməkdir”
İsrailin baş nazir Benyamin Netanyahu xarici jurnalistlər qarşısında çıxışı zamanı Yaxın Şərq siyasəti ilə bağlı bir sıra bəyanatlar verib.
Onun sözlərinə görə, İsraillə Fələstin arasında sülhü danışıqlar yolu əldə etmək olar, danışıqlardan əbədi qaçmaq mümkünsüzdür: «Sülh istəyirsinizsə, o zaman danışıqlar masasının arxasında oturun. Başqa yol mövcud deyil».
O, əlavə edib ki, İsrail dövləti öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borcludur və bundan ötrü İordan çayının Qərb sahilində fələstinlilərin yaşayış məntəqələrinə orduları nəzarət etməkdədir.
B.Netanyahu İranın atom-nüvə proqramı ilə bağlı təhlükədən danışaraq qeyd edib ki, sərt iqtisadi sanksiyalarla dəstəklənən gerçək hərbi variant problemin həlli üçün vacibdir.
«Hərbi təhlükənin gerçək olduğunu biləndən sonra İran nüvə proqramını dayandırdı» - deyə, o, xatırladıb. Tehran rejiminin başlıca məqsədi nüvə silahı əldə etməkdir. Bununla belə yəhudi dövlətinin baş naziri İsrailin İrana hərbi zərbə endirəcəyindən danışmayıb.
Sədrəddin Soltan

Oxşar yazılar

Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09
Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu öldü
13 iyul 2025 , 14:43
İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46