10 ayda  17 min zəlzələ  olub
12 noyabr 2022 18:50 (UTC +04:00)

10 ayda 17 min zəlzələ olub

0

Türkiyədə son 10 ay ərzində 17 min zəlzələ baş verib.

Lent.az  xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Hallar İdarəsindən məlumat verilib.

Məlumata görə, 4 bal və ondan yüksək olan zəlzələlərin sayı 128-dir. Bildirilib ki, ilin əvvəlindən ölkədə olan 17 min zəlzələdən 2 mini son bir ayda qeydə alınıb.

Oktyabrın 11-də Osmaniyənin Düziçi rayonunda baş verən zəlzələnin gücü isə 5.1 bal olub.

Bundan əlavə, 1900-cü ildən bu yana Türkiyə və onun yaxın ətraflarında 6,5 və daha yuxarı bal gücündə 85 zəlzələ baş verib. Onlardan 20-si ölkədə ciddi insan tələfatına səbəb olub, o cümlədən binalara və infrastruktura ziyan vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1590

Oxşar yazılar